AZ

“Yuxarı Vəng” SES-də 66 milyon kilovat-saatadək “yaşıl” enerji istehsal olunacaq (FOTO)

Kəlbəcər. Trend:

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərinin“yaşıl” enerji zonasına çevrilməsi istiqamətindəki enerjistrategiyasına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən Kəlbəcərrayonunda yeni tikilən 22,5 meqavat gücündə “Yuxarı Vəng” SuElektrik Stansiyası torpaqlarımız işğaldan azad edildikdən sonraregionda yaradılan ən böyük “yaşıl” enerji mənbəyidir.

Trend-in Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu“Azərenerji” ASC mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevdeyib.

O bildirib ki, təkcə 22,5 meqavat gücündə “Yuxarı Vəng” SES-dəistehsal edilən “yaşıl” enerji növbəti 5 il ərzində ilin bütünfəsillərində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tamödəyə bilər.

Qeyd edək ki, ümumi gücü 40 meqavat olan “Kəlbəcər” SESSilsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq “Zəngilan” SESSilsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

“Kəlbəcər” Su Elektrik Stansiyaları Silsiləsinə daxil olan“Yuxarı Vəng” SES-ə su iki mənbədən - “Nadirxanlı” SES-in çıxışı vəTutqu çayı üzərində inşa edilmiş baş suqəbuledici qurğudan daxilolur. Su elektrik stanisyasının ekoloji normaların qorunmasışərtilə 1 100 mmütləq yüksəklikdə tikilən baş suqəbulediciqurğusunun eni 26 m, uzunluğu isə 33 m-dir. Enerji istehsalı, eynizamanda daşqınların qarşısının alınması üçün böyük əhəmiyyətə malikolan baş suqəbuledici qurğudan stansiyaya suyu ötürmək üçün çətinrelyefdə 6 824 metr uzunluğunda 2400 mm diametrli derivasiya borusuçəkilib. Avropa istehsalı olan turbin, generator və digəravadanlıqlarla təchiz edilən stansiyada 110 kilovoltluq AçıqPaylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib.Bununla da stansiya ölkə enerjisisteminin mərkəzləşmiş SCADAsisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsalidarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kibertəhlükəsizlik tədbirləri görülüb.

Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırmaişlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çaybalıqlarının derivasiya borusuna daxil olmasının qarşısınınalınması və onların çay ekosistemində saxlanılması xüsusihidrotexniki qurğular layihələndirilərək tikilib.Quraşdırılmışhidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısınıalmaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişikliketmədən aşağı axarda yenidən çaya qaytarır.

Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çayekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, aşağı axımzonasının su təminatı, eyni zamanda məcraaltı su ehtiyatınınformalaşmasına öz töhfəsini verir.

Layihə "Azərenerji" ASC-nin Energetika İnstitutu tərəfindənhazırlanmışdır. Yenidənqurma işləri çərçivəsində hidroturbin,hidrogeneratorlar və köməkçi avadanlıqların quraşdırılmasında yerlimütəxəssislərlə yanaşı, Avstriyanın "Gugler", İtaliyanın"MorelliMotory" şirkətlərinin mütəxəssisləri də iştirak edib.

“Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək“yaşıl” enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 15milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbonemissiyasının qarşısının alınması deməkdir. Qeyd edilən nəzərəalınmaqla “Yuxarı Vəng” su elektrik stansiyasının tikintisi vəfəaliyyətə başlaması üçün qoyulan kapital xərcləri layihəninsəmərəliliyi sayəsində 7 ildən az müddətdə tamamilə geriqaytarılacaq ki, bu da layihənin yüksək gəlirli və iqtisadicəhətdən əlverişli olduğunu göstərir.

Bu layihə BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl”enerji keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. "YuxarıVəng" SES, bu il elan edilən "Yaşıl Dünya Naminə Həmrəylik İli"çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biriolmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədəqəbul edilən ekoloji standartlara uyğun icra edilmiş və ölkəmizin“yaşıl” enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya regionun enerji, iqtisadi və ekoloji inkişafına töhfəverməklə bərabər, əhalinin məşğulluğu baxımından da mühüm roloynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təminolunması nəzərdə tutulur.

Ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütünfəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib vəelektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təminedilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu daregional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasınatöhfə verir.

“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
“Yuxarı
Məqalədə:
Seçilən
120
10
az.trend.az

10Mənbələr