AZ

"Sabah" "Bazel"ə rəqib oldu

UEFA Gənclər Liqasının püşkatma mərasimi keçirilib.

Sportnet.az xəbər verir ki, mübarizəyə II mərhələdən başlayacaq “Sabah” İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq.

İlk oyun oktyabrın 23-də səfərdə, cavab matçı isə noyabrın 6-da evdə baş olacaq.

Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Sabah” ötən mövsüm AFFA Gənclər Liqasının qalibi olaraq Azərbaycanı Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.


Seçilən
53
4
sportnet.az

3Mənbələr