AZ

Tailand millisinin voleybolçusu Azərbaycanda oynayacaq

Tailand

Bakı, 4 sentyabr, AZƏRTAC

“Gəncə” komandası heyətini daha bir voleybolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, qərb təmsilçisi Tailand millisinin üzvü Tiçakorn Bunlert ilə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümü ölkəsində “Daymond” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.

Qeyd edək ki, “Gəncə” daha əvvəl yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.

Seçilən
83
4
azertag.az

9Mənbələr