AZ

Millimiz İsveç yığması ilə qarşılaşıb

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə ilk oyununa çıxıb. Komandamız Bakıda İsveç yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 82-ci dəqiqədə Renat Dadaşov vurub.
Qeyd edək ki, millimiz II tur çərçivəsində sentyabrın 8-də Koşitsedə Slovakiya yığmasının qonağı olacaq.
Seçilən
230
12
affa.az

10Mənbələr