21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq. Millimiz Eş-syur Alzett şəhərində Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Emil Mayriş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. İsveçrədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
6 sentyabr
Lüksemburq (U-21) - Azərbaycan (U-21)
Emil Mayriş stadionu. Saat 21:30
Baş hakim: Désirée Grundbacher
Baş hakimin köməkçiləri: Matthias Sbrissa, Guillaume Maire
Dördüncü hakim: Anojen Kanagasingam
(Hakimlər briqadası İsveçrədəndir)