AZ

Qranta Dinki öldürən Ogün Samast azadlığa çıxdı

Türkiyənin erməni əsilli jurnalisti Hrant Dinki qətlə yetirmiş türk millətçisi Oğün Samast şərti azadlığa buraxılıb.

Modern.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Ogün Samast yaxşı davranışa görə vaxtından əvvəl azadlığa buraxılıb.
 

Hrant Dink erməni-türk nəşri olan “Agos” qəzetinin baş redaktoru idi. O,  2007-ci il yanvarın 19-da İstanbulda “Agos” qəzetinin redaksiyası qarşısında qətlə yetirilib.
 

O zaman Dinki qətlı yetirən Ogün Samast 17 yaşında idi.

Türkiyədə məhkəmə Ogün Samastı 23 il müddətinə azadlıqdan məhrum etmişdi.

Seçilən
183
2
modern.az

3Mənbələr