AZ

Livan İsrailə raket yağdırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Müdafiə Qüvvələri (IDF) bazar gününə keçən gecə Livandan İsrail ərazisinə ümumilikdə 50-yə yaxın raket atıldığını qeydə alıb.
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
"İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemi bir neçə raketi uğurla ələ keçirib, qalanları isə açıq ərazilərə düşüb. Tələfat barədə məlumat yoxdur", - deyə ordudan bildirilir.
Mətbuat xidməti qeyd edir ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Aytarun, Marun ər-Ras və onların ətrafında yerləşən "Hizbullah" hərbi obyektlərinə zərbələr endirib.
Seçilən
318
50
oxu.az

10Mənbələr