AZ

Braziliya millisinin və “Fənərbağça”nın sabiq futbolçusu silahlı hücuma məruz qalıb

Braziliya

Bakı, 9 sentyabr, AZƏRTAC

Braziliya millisinin sabiq üzvü Josef de Souza silahlı hücuma məruz qalıb.

AZƏRTAC xəbər verir ki, hazırda karyerasını ölkəsinin “Vasko da Qama” komandasında davam etdirən yarımmüdafiəçi oğlu ilə avtomobildə olarkən naməlum şəxslər tərəfindən soyulduqlarını bildirib.

36 yaşlı oyunçu quldurların maşını və üzərlərində olan əşyaları götürdüklərini söyləyib.

Qeyd edək ki, Josef de Souza karyerası ərzində Türkiyədə “Fənərbağça”, “Beşiktaş” və “Başakşəhər” formaları geyinib. O, Braziliya millisinin heyətində isə 3 matçda meydanda olub.

 

Seçilən
30
3
azertag.az

7Mənbələr