AZ

Vaşinqton Bakıya “təzyiq” etmək istəyir: əzilən və itirən Ermənistan olacaq

Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasındabeynəlxalq münasibətlər komitəsinin təşəbbüsü ilə "Dağlıq Qarabağıngələcəyi" mövzusunda dinləmələr keçirilib.

Komitənin rəsmi saytında yer almış məlumata görə, dinləmələrdəABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisiCeyms O-Brayen və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD)Avrasiya və Avropa Bürosunun administratorunun müavini AleksandrSokolovski çıxış ediblər.

Dinləmələrin təşkilatçısı ABŞ konqresinin Avropa məsələləri üzrəalt komitəsinin sədri, respublikaçı senator Tomas Kin idi.

Ceyms O-Brayenin dediyinə görə, bütün təmaslarda AzərbaycanaErmənistan daxilində güc tətbiqinin tamamilə qəbuledilməz olacağıbarədə aydın siqnallar vermişik.

“Azərbaycan rəhbərliyi bizi əmin etdi ki, onların belə birniyyəti yoxdur. Biz qoşunların hərəkətini və bu cür proqramlarınmövcudluğunu göstərə biləcək hər hansı siqnalları çox diqqətləizləyirik. Və dediyim kimi, biz dedik ki, sülh danışıqları uğurqazanmayana qədər münasibətlərimizin normal olması şansı yoxdur.Atdığımız addımlara gəlincə, bunlardan biri odur ki, biz bir çoxyüksək səviyyəli əlaqələri ləğv etmişik və bizə Azərbaycanıdəstəkləmək imkanı verən 907 saylı qətnamədən yayınma təşəbbüsü iləçıxış etmək fikrində deyilik. Biz onu da qeyd etdik ki, tranzitdəhlizinin tikintisinin mümkünlüyü birbaşa sülh sazişininbağlanmasından asılıdır”, - o, söyləyib.

O-Brayenin dediyinə görə, Dövlət Departamenti Qarabağdan“didərgin düşmüş” insanlarla şəxsi söhbətlər vasitəsilə “DağlıqQarabağ”da baş verənlərin üzə çıxarılması səylərini dəstəkləyir,lakin həmin söhbətlərdən hansı nəticələrin əldə edildiyiniaçıqlamaq istəmir.

O-Brayen qeyd edib ki, ABŞ "19 sentyabr hadisələrindən sonrasülh yolunda irəliləyiş müşahidə olunmayınca Azərbaycan üçün hərşeyin normal olmayacağını açıq şəkildə bəyan edib".

O, daha sonra Azərbaycan ərazisindəki Rusiya SülhməramlıKontingentinin (RSK) fəaliyyətini sərt tənqid edib: "Rusiyalısülhməramlılar işlərinin öhdəsindən gələ bilmədilər. Biz alternativhəll təqdim etməyə hazırıq. Ən yaxşı variant ErmənistanlaAzərbaycana alternativ seçim, yəni Qərblə işləmək imkanıyaratmaqdır".

Azərbaycanın Qarabağ bölgəsinin inadla və qərəzli şəkildə,bilərəkdən "Dağlıq Qarabağ" adlandırıldığı dinləmələr ABŞ-dakıerməni icmasının lobbi təşkilatlarının səyləri nəticəsinlə təşkilolunmuşdu.

Birləşmiş Ştatlardakı ermənçi icmasının ən böyük diasportəşkilatı olan Amerika Erməni Milli Assambleyasının (ANCA)rəhbərliyi üç gün əvvəl bir neçə konqresmen və senatorla görüşkeçirirərək "qarabağlı ermənilərin taleyi"ni müzakirə ediblər.

Noyabrın 1-də isə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunssenator Tom Kinlə görüşərək qarabağlı ermənilərin kütləvi şəkildəAzərbaycanı tərk edərək Ermənistana yollanmalarını "təhlil"ediblər. Bu zaman Makuns və Kin qarabağlı ermənilərin könüllüköçünü "Azərbaycan tərəfindən tətbiq edilən etnik təmizləməyə məruzqalma" kimi dəyərləndiriblər.

Erməni lobbisinin fəaliyyətinə gəldikdə isə, aktivlik artıb.Belə ki, əvvəllər də Senatda və Nümayəndələr Palatasında bir neçədinləmə keçirilmişdi. Ermənipərəst senatorlarla konqresmenlərintəşkil etdikləri həmin dinləmələrin istisnasız olaraq hamısınınməqsədi Vaşinqtonu Bakıya sanksiyalarla cəzaların tətbiqinə əlatmağa vadar etməkdi.

Son dinləmə isə ümumiyyətlə, Azərbaycana qarşı subyektivizmləqərəzin apofeozu sayıla bilər.

Azərbaycan 2023-cü ilin sentyabrında bütün ərazisindəsuverenliyini, sərhədlərinin toxunulmazlığını və bütövlüyünü təminedib. Ölkəmizdə "Dağlıq Qarabağ" adlı ərazi-inzibati vahidi yoxdur.Xankəndindəki separatçı rejim isə könüllü olaraq fəaliyyətinə sonqoymağa vadar edildiyindən ermənilərin "Dağlıq QarabağRespublikası" və ya "Artsax respublikası" kimi absurd narrativlərisəsləndirildikləri ilk gündən marazm idisə,, hazırda ümumiyyətlə,puçdur.

Vaxtilə Ermənistanın işğalında və qarabağlı erməniseparatçıların kontrolundakı ərazilərsə artıq Qarabağ İqtisadiZonasının tərkib hissəsidir.

Bu səbəbdən "Dağlıq Qarabağ" ifadəsi təki uydurma toponimdənartıq Ermənistanın özündə belə, istifadə edilmir.

Bütün bunlara rəğmən, ABŞ Konqresinin Nümayəndələr Palatasındavə xüsusilə də beynəlxalq münasibətlər üzrə Komitədə inadla,israrla, qərəzlə "Dağlıq Qarabağ" deyilir və hətta "DağlıqQarabağın gələcəyi" ilə bağlı dinləmə də keçirilir.

Azərbaycanın tərkib hissəsi olan ərazinin gələcəyi ümumiyyətlə,necə olmalıdır və necə ola bilər? Təbii ki, ölkəmizin bütün digərəraziləri kimi.

Amerikalı senatorlar və ya konqresmenlər hansı haqla, məntiqləvə ya hüquqla Azərbaycan ərazisinin bir qismini "Dağlıq Qarabağ"adlandıraraq "dinləmə" keçirirlər - bəlli deyil. Çünki bu aksiyabeynəlxalq hüquqla tam ziddiyyət təşkil edir.

Konqresdəki son dinləmə açıq göstərir ki, ABŞ və Avropa İttifaqıErmənistana nəzarət uğrunda Rusiya Federasiyası və İranla geosiyasiqarşıdurmanı daha aktiv, daha radikal mərhələyə keçiriblər.

Vaşinqton və Brüssel artıq açıq deyirlər ki, onların CənubiQafqaz bölgəsində əsas məqsədləri Moskva ilə Tehranın regiondakıtəsir imkanlarını minimuma endirilməsi, sonra isə Rusiya və İranınbölgələn çıxarılmasıdır.

Üstəlik, regional logistikaya da nəzarəti ələ keçirmək istəyənQərbin fəallığı təbii, Moskva və Tehranı qıcıqlandırır.

Rusiya Federasiyasının hakimiyyəti XİN vasitəsilə üstüörtülübəyan edib ki, bölgədə Moskvanın mövqelərinin zəiflədilməsinəedilən cəhdlər çox sərt cavab reaksiyası ilə qarşılaşacaq.

Ceyms O-Brayenin dinləmədəki çıxışı da zahirən Azərbaycanlabağlı olsa da, mahiyyət etibarilə Rusiyaya və İrana ünvanlanmışxəbərdarlıqdır.

O-Brayen dəqiq və səlis şəkildə bəyan edib ki, BirləşmişŞtatların bölgəmizdəki əsas marağı Nikol Paşinyan hakimiyyətiniRusiya və İranla açıq qarşıdurmaya sövq etməkdir. Məqsəd guya"Ermənistan ərazisindən keçəcək yeni loqistiuka marşrutlarınaİrəvanın özünün nəzarət etməsinin təminatı"dır.

Diplomatik kazuistikadan dilimizə tərcümədə O-Brayen vurğulayıbki, ABŞ nəyin bahasına olursa-olsun, Cənubi Qafqaz bölgəsindəkiyeni transregional marşrutlara Rusiyanın, yaxud İranın nəzarətinəimkan verməyəcək.

O-Brayen ermənilərin könlünü almaq üçün bildirib ki, sən demə,hətta, ABŞ Azərbaycana silah və hərbi texnika satmayacaq, amerikalıyuksəkçinli məmurlar da Bakıya rəsmi səfərlər etməyəcəklər. Ovaxtadək ki, Azərbaycan Ermənistanla yekun sülh müqaviləsiniimazalamasın: yalnız imzalanmadan sonra "münasibətlər düzələbilər".

ABŞ Ermənistan vətəndaşlarını müdafiəsinə, təhlükəsizliyinə vəinkişafına təminat verdiyini bəyan edir.

Postsovet məkanında indiyədək Gürcüstanla Ukrayna da belətəminatlar almışdılar. Hər iki ölkənin mövcud vəziyyəti gözqabağındadırsa, əlavə şərhə ehtiyac varmı?!

Ermənilər yenə ABŞ-ın, Fransanın və Avropa İttifaqının şirinvədlərinə inanaraq unudurlar ki, transregional marşrutlar üzərindənəzarət uğrunda mübarizədə onlar birmənalı olaraq Qərbin tərəfinitutsalar, Rusiya ilə İranın cəzaları çox ağır olacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan indi Rusiya və İranlamünasibətlərin gərginləşdirilməsi taktikasını seçib. Daha dəqiqolsaq, Paşinyanı bu seçimə Qərb vadar edib.

Amma Paşinyan administrasiyası vasitəsilə Ermənistanda Qərbinmöhkəmlənməsinə nə Rusiya, nə də İran sakitliklə, laqeydcəsinətamaşa etməyəcəklər.

Ermənilər indi yaxşıca düşünməlidirlər: bir tərəfdə Qərbin,digər tərəfdə Rusiya və İranın olacağı açıq geosiyasi qarşıdurmaharada yaşanacaq, bu proses Ermənistanın dövlət kimi mövcudluğunanecə təsir edəcək?

Ermənilər daha yaxşı anlasın deyə sadə dildə başa salaq: bütünbunlar birotaqlı, kiçik mənzilə fillə hippopotamı buraxaraq onlarınarasındakı davanı seyr etməkdir.

Ev sahibi belə davada sağ qala bilərmi?

Nikol Paşinyanın strategiyası Ermənistan və ermənilər üçün çtxtəhlükəli fəsadlar vəd edir.

Qaçılmaz fəsadlar..

Çünki qlobal Qərblə Şərq arasındakı qarşıdurmanı Ermənistanaçəkmək erməniləri seçim qarşısında qoymaqdır.

Belə seçimdə istənilən variant itki deməkdir.

… Vaxtilə Gürcüstan və Ukrayna da ABŞ-ın tam təhlükəsizlik,inkişaf və total dəstək vədlərinə inanmışdılar. Nəticədə gürcülərləukraynalılar ərazilərinin əhəmiyyətli hissələrini itirdilər vəproseslər zamanı bir amerikalı da zərər görmədi.

Gürcülərlə ukraynalılardan fərqli olaraq…

Konqresdəki son dinləmə habelə, ABŞ-ın Cənubi Qafqazdakıdiplomatiyasının fiaskosudur. Sadəcə olaraq, Vaşinqtonməğlubiyyətini regionda təsir savaşı, Rusiya və İranı bölgədənkənarlaşdırmaq cəhdlərini isə Azərbaycanla Ermənistan arasındayekun sülh müqaviləsinin imzalanmasında maraq qismində qələməverir.

Yeni heç nə yoxdur: Qərbin yezuit prinsipli diplomatiyası«parçala və hökm sür» anlamını yenilənmiş formada təqdim edir.

Birləşmiş Ştatlar etiraıf etmir ki, yeni qlobal geosiyasətdə,modern dünya düzənində ABŞ artıq dünya jandarmı deyil. Britaniya,Rusiya, Türkiyə, Pakistan, Çin, İran, Afrika və ərəb ölkələri indiaktiv şəkildə ABŞ ilə Avropa İttifaqını, xüsusilə də Fransanı buqüvvələr üçün ənənəvi rahat bölgələrdən sıxışdırıb çıxarırlar.

Ermənilər bunu, nə yazıq ki, dərk etmirlər…

Seçilən
879
50
az.trend.az

10Mənbələr