Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin babası baş verən hadisədən danışıb. “Bizim.media”ya açıqlama verən Mirkərim Qubadov uşağın çarmıxa çəkildiyini iddia edib: “Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına”.Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.Qeyd edək ki, hadisə sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kəndində baş verib. Kənddə sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova 2 yaşlı N. Qubadlının sümüklərini masaj edərkən azyaşlı ölüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta