AZ

Mahir Xəttab azadlığa buraxıldı

Azadinfo.az saytının həbsdə olan rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb.

O bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri rəhbəri olduğu saytda və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb.

 

 

Seçilən
36
14
icma.az

10Mənbələr