"Gəncə" basketbolçusu Maqsud Rüstəmovla əməkdaşlığı davam etdirmək qərarına gəlib. Matc.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, ötən mövsümdən "sarı-göylər"in şərəfini qoruyan 22 yaşlı basketbolçu daha 1 il “Gəncə”də çıxış edəcək. 197 sm boya malik M.Rüstəmov hücumçu mövqeyində çıxış edir. O, 14 nömrəli forma ilə oynayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta