AZ

Sərhəd naryadının sayıqlığı nəticəsində axtarışda olan şəxs saxlanılıb - Vətən Naminə

">

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, noyabr ayının 14-də saat 10:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
141
27
vetennamine.az

10Mənbələr