"Ferrari" pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində qəza törədib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, sürücünün idarə etdiyi bolid birinci sərbəst yürüşdə səddə çırpılıb. Hadisə 15-ci döngədə baş verib. Nəticədə qırmızı bayraq qaldırılıb. Leklerin avtomobili trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.