AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən üç klubu cərimələyib.Komanda.az xəbər verir ki, “Araz-Naxçıvan” 6-cı turda “Kəpəz”ə qalib gəldiyi (1:0) matçdan sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.“Şamaxı” 700 manat ziyana düşüb. Buna bölgə təmsilçisinin “Sumqayıt”ı məğlub etdiyi (1:0) qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.“Sumqayıt” isə oyunçuların isinmə hərəkətləri zamanı əsasnamə qaydalarının tələblərini pozması ucbatından 500 manat ödəməli olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta