Bakı. Trend:
Azərbaycan Dillər Universitetində (ADU) Multikulturalizm Mərkəzivə “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə“Beynəlxalq Tolerantlıq Günü” adlı tədbir keçirilib.
Moderatoru Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadəolan dəyirmi masada AMEA Fəlsəfə və Sosiologiya İnistutunun aparıcıelmi işçisi, f.ü.f.d Ağasəlim Həsənov, Mənəvi Dəyərlərin TəbliğiFondunun icraçı direktoru, f.ü.f.d. Mehman İsmayılov, universitetinElmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Beynəlxalqmünasibətlər və regionşünaslıq fakültəsinin dekanı, professorİbrahim Kazımbəyli, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosentMisgər Məmmədov, “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmiişçisi, dosent Ülviyyə Rəhimova, Multikulturalizm Mərkəzinin elmiişçisi Təranə Məmmədova çıxış ediblər.
Tədbirdə çıxış edənlər tolerantlıq anlayışının elmi, fəlsəfi vəpraktik problemlərinə toxunub, ictimai mahiyyəti, siyasi təsiribarəsində öz mülahizələrini söyləyiblər.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan qədim dövrlərdənmultikultural dəyərlərə hörmətlə yanaşıb, burada yaşayan xalqlarbir-birinə tolerant münasibəti ilə başqa xalqlara örnək olublar.Çıxış edənlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşmultikultural ənənələrin Prezident İlham Əliyev tərəfindən uğurladavam etdirildiyini xüsusi vurğulayıblar. Çıxışlarda tolerantdüşüncənin irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmiqətiyyətlə rədd etdiyi vurğulanıb, bəşəri nizam formalaşdırmaq üçüntolerant düşüncə və mövqenin vacibliyindən bəhs edilib.
Qeyd edək ki, hər il noyabr ayının 16-sı bütün dünyadaBeynəlxalq Tolerantlıq Günü kimi qeyd edilir. Bu tarix 1995-ciildən UNESCO səviyyəsində qeyd olunur.