AZ

Rodriqo: “İspaniyanın irqçi ölkə olduğunu düşünmürəm”

“Real”ın braziliyalı sağ vingeri Rodriqo Qoes İspaniya stadionlarında Vinisius Juniora qarşı irqçi təhqirlər haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən Rodriqonun bu barədə fikirlərini təqdim edir:

“Bu baş verənlər çox ağır oldu. Mən İspaniyanı irqçi ölkə hesab etmirəm, baxmayaraq ki, bütün ölkələrdə olduğu kimi, burada da irqçilər var. Amma azlıq olduğuna görə, hamı haqqında danışa bilmərik. Bu baxımdan heç bir fəsadımız yoxdur. Stadionlarda bir az daha çətindir, amma adi həyatda hər şey sakitdir”.

Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği 1 milyard avrodur.

Rodriqo “Real”da çıxış etdiyi müddətdə 182 oyuna çıxıb, 42 qol vurub, 36 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə 17 oyuna 5 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Yarımmüdafiəçi “kral klubu” ilə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 18 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Seçilən
511
1
arena.az

10Mənbələr