AZ

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Siyahıda dörd oyunçu yer alıb. Onlardan üçü Almaniya təmsilçilərinin üzvləridir. Bunlar “Bayern”in hücumçusu Harri Keyn, “Bayer”in (Leverkuzen) hücumameyilli yarımmüdafiəçisi Florian Virts və Dortmund “Borussiya”sının sol vingeri Ceymi Bayno-Gittensdir. Digər namizəd isə İspaniyanın “Atletiko” (Madrid) klubunun hücumçusu Antuan Qrizmandır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.

Seçilən
38
8
arena.az

10Mənbələr