AZ

Millimiz (Futzal) Çexiya yığması ilə ikinci yoldaşlıq görüşünü keçirib

Çexiyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
Millimiz Zlin şəhərində təşkil olunan oyunda yenə meydan sahibləri ilə qarşılaşıb. Görüş Çexiya yığmasının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 1-ci və 6-cı dəqiqələrdə Ülvi Əliyev vurub.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 19-da keçirilən ilk oyunda Çexiya seçməsi 3:0 hesablı qələbə qazanıb.
Seçilən
74
1
affa.az

2Mənbələr