AZ

Derbini "Qalatasaray" qazandı

Futbol üzrə Türkiyə Superliqasında VI turun mərkəzi oyunu keçirilib.

Sportnet.az xəbər verir ki, prinsipial görüşdə “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Cimbom"un heyətində qolları 21-ci dəqiqədə Lukas Torreira, 28-ci dəqiqə Dries Mertens, 59-cu dəqiqədə Qabriel Sara vurublar. "Sarı-lacivərdlər"də isə Edin Dzeko 63-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra “Qalatasaray” xalını 18-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. “Fənərbağça” isə 13 xalla ikinci pillədə qalıb.


Seçilən
21
4
sportnet.az

5Mənbələr