AZ

Vuçiç qoşunların bir hissəsini Kosovodan çıxaracağına söz verib

Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, o, Kosovo ilə sərhəd yaxınlığında cəmi 4000 əsgər buraxmağı planlaşdırır.

APA bu barədə “İnterfaks”a istinadən xəbər verir.

"Keçən il bizim inzibati sərhədə yaxın 14 min əsgərimiz var idi. Bu gün 7,5 min əsgərimiz var. Biz bu kontingentin sayını 4 minə endirəcəyik", - o, "Financial Times"a deyib.

Vuçiç əlavə edib ki, Kosovo ilə gərginliyin artması “Belqradın Aİ istəklərinə əks təsir göstərəcək”.

Bir gün əvvəl ABŞ Belqraddan Kosovo ilə sərhəddə yerləşdirilmiş hərbi texnikanı geri çəkməyə çağırıb. Bundan əlavə, Ağ Ev Priştinanın nəzarətində olan ərazidə NATO qüvvələrinin Kosovo (KFOR) üçün mövcudluğunu artırmaq barədə qərarın qəbul edildiyini təsdiqləyib.

Həmçinin cümə günü NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans regionun şimalındakı vəziyyəti həll etmək üçün KFOR missiyasından Kosovoya əlavə qüvvələr göndərəcək.

Bu həftə Belqradda KFOR keçən həftə sonu Kosovo polisinin bölgənin şimalında keçirdiyi əməliyyat qarşısında hərəkətsizliyinə görə tənqid edilib.

Seçilən
280
11
apa.az

9Mənbələr