Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.
Sabah.az APA-ya istinadən xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib. Bu, Sahibə Qafarovadır.
S.Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
***
Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.
Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.