AZ

Gecə qatarları təcili sürətdə bərpa edilməlidir

4,5 ildir ki, ölkə daxili dəmiryolu üzrə bir çox istiqamətlərdə sərnişindaşıyan qatarların fəaliyyəti dayanıb.

Pandemiyaya qədər

- 38/37 Bakı-Tbilisi-Bakı,

- 98/97 Bakı-Ağstafa-Qazax-Bakı,

- 666/665 Bakı-Böyük Kəsik-Bakı ,

- 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı,

- 660-672/659-671 saylı Bakı-Astara-Horadiz-Bakı,

- 702/701 Bakı-Gəncə-Bakı,

- 611/612 nömrəli Bakı-Yalama-Bakı, Bakı-Şirvan-Bakı elektrik qatarı fəaliyyət göstərib.

28.12 .2018 tarixində Bakıdan Gəncəyə muasir "Stadler" qatarı xəttdə buraxılır.Bakı-Gəncə arasında orta sürət 91 km/saat maksimum sürət 140 km/saatdır. Gələcəkdə isə 160 km/saat saata qədər qaldırılması hədəflənib.Pandemiya zamanı dayandı və 18.03.2022 bərpa olundu.

10.03.2023 tarixindən uzadılaraq 731/732 Bakı-Ağstafa qatarı kimi hərəkət etməyə davam etdi.

18.03.2023 tarixindən 709/710 Bakı-Qəbələ-Bakı sərnişin qatarı fəaliyyətə başladı.

ADY -nın ən son qatar sifarişi 29.11.2019 tarixində olmuşdur.

Sifariş verilən 10 Stadler "Flirt" tipli qatarın 4-ü dizel 6-ı elektriklə işləyir.

Rusya -Ukrayna müharibəsindən sonra Belarusdakı "Stadler Minsk" zavodu sanksiyaya düşmə səbəbindən istehsal Polşanın Siedlce şəhərinində etməyə qərar verilir.İlkin 4 dizel qatar 2023 dekabrında Bakıya çatdırılıb.Bu ilin

9 ayına qalan 6 elektrik qatardan 3 -gəlib qalan 3-ü il sonuna kimi çatdırılması hədəflənib. Alınan qatarlar Bakı-Ağstafa-Bakı,Bakı-Qəbələ-Bakı,Abşeron dairəvi dəmiryolunda hərəkət edəcək.Yeni daha çox qatar sifarişinə ehtiyac var.

Amma nəzərə alaq ki, qatar istehsalı 3-5 il vaxt alır yeni qatarlar gələnə kimi köhnə yataq tipli qatarları təmir edib xəttdə buraxmaq lazımdır zatən Avropada gecə qatarların renesans dövrüdür. Həmçinin gecə qatarları regiondan gələnlər üçün çox rahatdır gecə yolda olur səhər şəhərə çatır və gecə qatarla qayıdır.

Əlimizdə olan bütün hərəkət tərkibindən istifadə edərək mobiliyi təmin etməliyik.

#ady #gecəqatarı #Stadler

Seçilən
62
anspress.com

1Mənbələr