AZ

Telegram istifadəçi məlumatlarını hökumətlərlə paylaşacaq

Telegram-ın təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durov, Telegram-ın məhkəmə orqanlarının qanuni tələblərinə uyğun olaraq xidmət şərtlərini pozan insanların IP ünvanlarını və telefon nömrələrini paylaşa biləcəyini açıqladı.Elchi.az xəbər verir ki, Telegram-ın təsisçisi və Baş İcraçı Direktoru (CEO) Pavel Durov, Telegram-dan verdiyi açıqlamada, platformanın ictimai kanalların və botların olmasına icazə verdiyini, lakin bu funksiyanın “qanunsuz məhsullar sataraq xidmət şərtlərini pozan insanlar tərəfindən sui-istifadə edildiyini söylədi. ”Komandaların bu məsələ üzərində işlədiyini və tətbiqdə axtarış edildiyi zaman “problemli məzmuna artıq daxil olmaq mümkün deyil” deyən Durov, Telegram-ın məxfilik siyasətinin “sui-istifadənin qarşısını almaq üçün” dəyişdirildiyini qeyd edib.Xidmət şərtlərini pozan insanların IP ünvanları və telefon nömrələrinin müvafiq məhkəmə orqanlarından etibarlı qanuni tələblər əsasında paylaşıla biləcəyini izah edən Durov, bu yeniləmənin cinayətkarların qarşısını almaq məqsədi daşıdığını bildirib.Durov bəyan edib ki, “pis niyyətli insanların platformadan öz məqsədləri üçün istifadə etməsinə icazə verilməyəcək”.Şayəstə Hüseynova

Seçilən
34
9
elchi.az

10Mənbələr