AZ

Ançelottidən “Real Madrid”dəki 300-cü matçında məğlubiyyətsizlik rekordu


İtaliyalı baş məşqçi Karlo Ançelotti “Real Madrid”in sükanı arxasında 300-cü matçına çıxıb.
Yeniavaz.com
xəbər verir ki, paytaxt klubu “La Liqa”nın 7-ci turunda doğma meydanında “Alaves”i qəbul edib.
Ançelottinin bu nəticəsi “Real”ın tarixində ikincidir. Matçların sayına görə lider Migel Munyosdur - 605 oyun (1959, 1960-1974).
O, həmçinin İspaniya çempionatında məğlubiyyətsizlik seriyasına görə bütün dövrlərin məşqçilik rekorduna imza atıb. Oyun madridlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, italiyalı mütəxəssis ardıcıl 39-cu matçı məğlubiyyətsiz başa vuraraq, məğlubiyyətsizlik rekordunu yeniləyib.
Əvvəlki rekord 1979-1980-ci illər arasında ardıcıl 38 matçda uduzmayan “Real Sosyedad”ın baş məşqçisi Alberto Ormaeçeaya məxsus olub.
Qeyd edək ki, “Real Madrid”in məğlubiyyətsizlik seriyası “La Liqa” tarixində ikinci ən uzun seriyadır. Belə ki, “Barselona” 2017-2018-ci illər arasında 43 matçı ardıcıl məğlubiyyətsiz başa vurub. Ancaq bu müddət ərzində komandaya Luis Enrike və Ernesto Valverde kimi məşqçilər rəhbərlik edib.
65 yaşlı Ançelotti Madrid klubunda altıncı mövsümünü keçirir. O, 2013-2015-ci illərdə “Los Blankos”u da çalışdırıb. Klub məşqçinin rəhbərliyi altında 217 qələbə qazanıb, 39 məğlubiyyət alıb, 43 dəfə heç-heçə edib.
Seçilən
142
50
yeniavaz.com

10Mənbələr