AZ

“Vüqar Həşimov Memorialı”nın iştirakçıları mərhum şahmatçının məzarını ziyarət ediblər

Bakı, 25 sentyabr, AZƏRTAC

"Vüqar Həşimov Memorial-2024” superturnirinin iştirakçıları II Fəxri xiyabanda görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ziyarətdə V.Həşimovun yaxınları, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.

10-cu dəfə təşkil olunacaq Memorial bu dəfə Şuşada baş tutacaq. Yarışın açılış mərasimi sabah saat 14-30-da Şuşa Otel-Konqres Mərkəzində olacaq.

 

 

 

Seçilən
12
8
azertag.az

10Mənbələr