AZ

PFL I və II liqalarda "Ayın qolu"nu seçəcək

Misli Premyer Liqasından sonra I və II Liqalarda "Ayın qolu" seçiləcək. Spor24.az xəbər verir ki, ilk qaliblər sentyabrda vurulan qollar əsasında bəlli olacaq.
 
PFL tərəfindən hər liqada ayın "TOP-5" qolu müəyyənləşdiriləcək. Daha sonra həmin qollar qurumun rəsmi feysbuk səhifəsində. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.
 
I Liqada "Ayın qolu"nun müəllifi 500 manat qazanacaq. II Liqada isə həm "Ayın qolu"nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 manat mükafat əldə edəcək.

Seçilən
36
16
sport24.az

10Mənbələr