Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri cinayət məsuliyyətinə cəlb olunub.Gununsesi.info-nun məlumatına görə, 62 yaşlı Rafiq Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham olunur.R.Hacıyev vətəndaşlardan rüşvət alaraq kəndin örüş yerlərini satma və digər əməllərə görə mühakimə olunacaq.Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, vəzifəsindən kənarlaşdırılmaqla barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Gununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta