AZ

Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə qarşı

"Qarabağ" bu gün UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubu ilə üz-üzə gələcək.

Sportnet.az xəbər verir ki, Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək.

"Tottenhem Hotspur" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi, I tur

26 sentyabr

23:00. "Tottenhem" (İngiltərə) - "Qarabağ"

Baş hakim: Villi Delajo (Fransa).

London, "Tottenhem Hotspur" stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin "Malmö" kollektivini qəbul edəcək. "Tottenhem" isə Macarıstanda “Ferentsvaroş"un qonağı olacaq.


Seçilən
18
12
sportnet.az

10Mənbələr