Zakir Həsənov Zəfər parkında - Foto
Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkında olub.Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və şəxsi heyət parkın girişindəki xatirə daşının üzərinə qızıl gül dəstələri düzüb.