AZ

“Neftçi” qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Neftçi” yoxlama görüşü baş tutub.

Publika.az xəbər verir ki, təmsilçimiz Rusiyanın “Zenit” klubu ilə qarşılaşıb.

“Neftçi Arena”da baş tutan matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 9-cu dəqiqədə “ağ-qaralar”ın rusiyalı futbolçusu Reziuan Mirzov açıb. Qonaqlar 56-cı dəqiqədə bərabərlik qolunu vurublar. Du Keyruş yaxın məsafədən topu tora göndərib. Lakin cəmi 5 dəqiqə sonra “Neftçi” yenidən hesabda önə keçib. Reziuan Mirzov baxımlı qolla dubla imza ataraq, oyunda son nöqtəni qoyub.

Seçilən
369
15
publika.az

10Mənbələr