AZ

Dünya çempionatının ilk günündə 6 cüdoçumuz tatamiyə çıxacaq

Bu gün Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında dünya çempionatı start götürəcək.
Sportnet.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında 60 kq çəkidə Nizami İmranov, 66 kq-da İslam Rəhimov və Məhəmməd Musayev güclərini sınayacaq.
Qızlar arasında isə 48 kq-da Könül Əliyeva, 52 kq-da Xədicə Qədəşova və Aydan Vəliyeva tatamiyə çıxacaq.

Seçilən
82
sportnet.az

1Mənbələr