
Azərbaycanın iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatının ilk günündə bürünc medal görüşünə çıxacaq.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Talqat Orunbassarı sınağa çəkəcək.
52 kq-da yer alan Aydan Vəliyeva isə koreyalı Mio Huhla üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər cüdoçuları Məhəmməd Musayev, İslam Rəhimov (hər ikisi 66 kq), Xədicə Qədəşova (52 kq) və Könül Əliyeva (48 kq) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu dünya çempionatı oktyabrın 6-da başa çatacaq.