AZ

Debütantın ilk sınağı

Azərbaycan Basketbol Liqasında debüt edəcək “Lənkəran”ın ilk oyununun vaxtı dəqiqləşib.

Sportnet.az xəbər verir ki, komanda mövsümə hazırlıq çərçivəsində "siftə"sini “Naxçıvan”a qarşı edəcək.

Yoxlama matçı oktyabrın 9-da, saat 11:30-da AZMİU-nun idman zalında keçiriləcək.

Cənublular 1 gün sonra “Sərhədçi” İdman Kompleksində yerli komandanın qonağı olacaq. Oyun saat 12:30-da başlayacaq.

Qeyd edək ki, “Lənkəran” mövsümdə ilk rəsmi oyununu oktyabrın 19-da evdə “Gəncə”yə qarşı keçirəcək.


Seçilən
50
3
sportnet.az

4Mənbələr