AZ

Tramp İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsini dəstəklədi

"ABŞ Prezidenti Co Baydenin İranın mümkün nüvə obyektlərinə İsrailin zərbələr endirməsinin məqsədəuyğun olmadığı ilə bağlı sözləri "qəbuledilməz" hesab olunur".

Azerforum.com bildirir ki, bu barədə keçmiş Ağ Ev rəhbəri Donald Tramp The Hill-ə açıqlamasında bildirib.

“Düşünürəm ki, Baydenin bəyanatları indiyə qədər eşitdiyim ən dəli şeydir. Hal-hazırda üzləşdiyimiz ən böyük təhlükə nüvə təhdididir”, — deyə keçmiş prezident qeyd edib.

Tramp həmçinin hazırkı ABŞ Prezidentinin İranın nüvə obyektlərinə hücumlarla bağlı sözlərini "yanlış" adlandırıb. Onun fikrincə, əgər İsrail müvafiq hədəflərə hücum etməsə, "İran nüvə silahına sahib olacaq və bu, hamı üçün problem yaradacaq".

Seçilən
159
50
azerforum.com

10Mənbələr