AZ

Misli Premyer Liqası: "Neftçi" autsayderə də uduzdu

Bu gün Misli Premyer Liqasında IX tura start verilib

Sportnet.az xəbər verir ki, I dövrənin son turu Tovuzda başlayıb.

Ağır günlərini yaşayan iki köklü klub “Kəpəz”lə “Neftçi” mövsümdə ilk qələbələrini qazanmaq üçün mübarizə aparıb. Arxada qalan 8 turda qələbəyə həsrət qalan Bakı klubu yenə də azarkeşlərini sevindirə bilməyib. Qərblilər isə ilk xallarını qələbə ilə əldə ediblər. 7 qolun vurulduğu oyunda "Kəpəz" 4:3 hesabı ilə üstün olub.

Qeyd edək ki, tura oktyabrın 6-da yekun vurulacaq.

Misli Premyer Liqası
IX tur
4 oktyabr (cümə)
17:00. “Kəpəz” – “Neftçi” - 4:3
Qollar: 
Orxan Əliyev, 24, 32. Mahamadu Ba, 41. Viktor Braqa, 48 - Ervin Koffi, 4. Ramil Şeydayev, 31. Ağadadaş Salyanski, 90+5
Baş hakim: Rəşad Əhmədov


Seçilən
25
1
sportnet.az

2Mənbələr