
Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, millimiz Serbiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 8-də Hindistan, bir gün sonra isə Çexiya ilə qarşılaşacaq.