AZ

Bərxudarovdan başqa daha 2 Korpus Komandiri vəzifəsindən azad edildi

Azərbaycan ordusunda mühüm dəyişikliklər edilib.

Milli.Az xəbər verir ki, 3-cü Ordu Korpusu – Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional hərbi birləşməsinin rəhbəri polkovnik Oruc Abdullayev vəzifəsindən azad edilib.

Bildirək ki, onu Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun Komandiri Bilal İsmayıl oğlu Çompuzov əvəz edib.

Eyni zamanda, Azərbaycan Ordusunun Laçın Korpusunun Komandiri, general-mayoru Münasib Babayev də tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, general-leytenant Mayis Bərxudarov 2-ci Ordu Korpusunun komandiri vəzifəsindən azad olunub.

Seçilən
76
17
editor.az

10Mənbələr