AZ

Azərbaycan Ordusunda üç korpus komandiri vəzifəsindən azad edilib

Azərbaycan ordusunda mühüm dəyişikliklər edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, 3-cü Ordu Korpusu - Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional hərbi birləşməsinin rəhbəri, polkovnik Oruc Abdullayev vəzifəsindən azad edilib.

Onu bu vəzifədə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun Komandiri Bilal Çompuzov əvəz edib.

Eyni zamanda, Azərbaycan Ordusunun Laçın Korpusunun Komandiri, general-mayor Münasib Babayev də tutduğu vəzifədən azad edilib.

Daha əvvəl general-leytenant Mais Bərxudarov 2-ci Ordu Korpusunun Komandiri vəzifəsindən azad olunması ilə bağlı xəbəri təsdiq edib.

Seçilən
71
18
buta.media

10Mənbələr