AZ

Güləşçimiz MDB üzrə yarışda UĞUR QAZANDI

Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın 4 üzvü iştirak edib.

Onlardan biri fəxri kürsüyə qalxıb. Kamran Rəcəbli (72 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb. /İdman.biz

Seçilən
63
7
bakivaxti.az

10Mənbələr