AZ

Millinin sabiq futbolçusu 49 yaşında öldü

Rusiya millisinin və "Şinnik" klubunun sabiq futbolçusu Artyom Yenin 49 yaşında vəfat edib.

Sportnet.az xəbər verir ki, bu barədə Yaroslavl təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

A.Yenin 1994-2002-ci illər ərzində "Şinnik"də 131 oyun keçirib və 6 qol vurub. O, Rusiya millisinin heyətində cəmi 1 dəfə - 1998-ci ildə İspaniya ilə yoldaşlıq matçında meydana çıxıb.

Karyerasını başa vurduqdan sonra isə uzun müddət "Şinnik" klubunun nəzdində fəaliyyət göstərən Yeniyetmə Futbolçuların Hazırlıq Mərkəzində çalışıb.


Seçilən
7
40
sportnet.az

10Mənbələr