AZ

Oğurlanan saatın qiyməti 300 min deyilmiş

9 oktyabr tarixində VMF Şirkətinin əsasən dünyanın məşhur markalarının sərgi salonu kimi tanınan "Kontinental saat muzeyi"ndən oğurlanan nadir saatsazlıq nümunəsi "BREGUET Tourbillion" mexanizmli qızıl saatdır.

Publika.az xəbər verir ki, bunu VMF Şirkətinin Baş direktoru Aida Əliyeva bildirib.

“Bu saat marka tərəfindən məhdud sayda istehsal edilib və saatın siferblatında onun nömrəsi qeyd edilir. "BREGUET Tourbillion" və beşgünlük güc ehtiyatı sayəsində bu saat dünyada texniki yaradıcılıq və saatsazlığın şah əsəri kimi Azərbaycanda da bütün dünyada olduğu kimi, saatsevərlər üçün incəsənət nümunəsi kimi sərgilənir”, - A.Əliyeva əlavə edib.

Onun sözlərinə görə, "Kontinental saat muzeyi"ndə nümayiş etdirilən bu saatın 9 oktyabr tarixində bu sahədə "ixtisaslaşmış" beynəlxalq səviyyəli Çin oğru dəstəsi tərəfindən oğurlanması faktı aşkar edilən kimi VMF şirkətinin təhlükəsizlik xidməti dərhal polis idarəsinə və "Paşa Sığorta" şirkətinə müraciət edib.

“Sözün düzü, bu saatsazlıq incisinin oğurluq sahəsində "ixtisaslaşan" beynəlxalq cinayətkar dəstələrin maraq dairəsində olması ilə bağlı məlumatımız var idi və bir sıra öklələrdə ayrı-ayrı vaxtlarda bununla bağlı oğurluq faktları da aşkar edilmişdi. Amma Azərbaycanda polis və VMF təhlükəsizlik xidmətinin birgə keçirdikləri əməliyyat nəticəsində cinayətkarlar 90 dəqiqə ərzində hava limanında zərərsizləşdirildilər və saatçılığın bu şah əsəri xilas edildi.

Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün mətbuat orqanlarında faktla bağlı yayılan məlumatlarda jurnalistikanın xəbəri emal etməklə bağlı bir sıra təməl qaydalarına riayət edilməyib. ANS hər zaman xəbəri yayıma verəndə bir neçə mənbədən və ən əsası, ilkin mənbədən onu dəqiqləşdirirdi. Acınacaqlı hal oldur ki, yayılan xəbərlər heç bir mənbəyə istinad edilməyib və əsas mənbə VMF-dirsə, mənə VMF Şirkətinin Baş direktoru kimi heç kim müraciət etməyib. Əfsuslar olsun...”.

Seçilən
59
11
publika.az

10Mənbələr