Stolüstü tennisçilərimiz Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar.
Apasport.az xəbər verir ki, yığmamız Dubayda təşkil olunacaq növbəti “WTT Youth Contender” turnirində iştirak edəcək.
Budəfəki yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Şəbnəm Mansurova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaq.
Qeyd edək ki, sabah start veriləcək yarışa oktyabrın 17-də yekun vurulacaq.
Stolüstü tennisçilərimiz Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər
Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizəyə başlayıb
Yeniyetmə stolüstü tennisçilər arasında qaliblər müəyyənləşib
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
Ölkə çempionatının qalibləri müəyyənləşib