AZ

Azərbaycan - Slovakiya oyununda dördüncü qol -

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında dördüncü qol vurulub.Metbuat.az-ın məlumatına görə, qonaqlar növbəti dəfə fərqləniblər - 3:1.87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb.***21:34Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub.Metbuat.az-ın məlumatına görə, qonaqlar növbəti dəfə hesabda önə keçiblər - 2:1.75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib.***21:29Azərbaycan millisi Bakıda Slovakiyaya qarşı keçirdiyi UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında azlıqda qalıb.Metbuat.az-ın məlumatına görə, Mahir Emreli 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1.***21:03Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci hissə başlayıb.Metbuat.az-ın məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.***20:47Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.Metbuat.az-ın məlumatına görə, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1.Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.***20:38Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında növbəti qol vurulub.Metbuat.az-ın məlumatına görə, millimiz 38-ci dəqiqədə hesabı bərabərləşdirib.Toral Bayramov adını tabloya yazdırıb.***20:24Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.Metbuat.az-ın məlumatına görə, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.Rahil Məmmədov avtoqol müəllifi olub.***20:01UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

Seçilən
66
10
metbuat.az

10Mənbələr