AZ

Atıcımız Dünya Kubokunun finalında

Atıcılıq üzrə dünya kubokunun final mərhələsi davam edir.

Sportnet.az xəbər verir ki, Hindistanda təşkil olunan yarışa qatılan yeganə Azərbaycan təmsilçisi Nigar Nəsirova mübarizəyə başlayıb.

10 m məsafədən pnevmatik tapança ilə atəş açmada çıxış edən snayperimiz təsnifatda 568 xal toplayıb. O, 9 iştirakçı arasında 7-ci yeri tutub. Bu nəticə Nigara həlledici raunda vəsiqə qazanan 8 idmançı sırasında olması üçün yetərli olub.

Qeyd edək ki, mükafatçılar bu gün Bakı vaxtı ilə saat 13:15-də başlayacaq final mərhələsində müəyyənləşəcək.


Seçilən
11
sportnet.az

1Mənbələr