AZ

"Neftçi"nin legionerindən yığmada 2 qol

KONKAKAF Millətlər Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

Sportnet.az xəbər verir ki, lider Sent-Lyuis milli komandası öz meydanında Sen-Marten yığmasını qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Sen-Marten millisində çıxış edən "Neftçi"nin futbolçusu Kilan Lebon da bu görüşün iştirakçısı olub. 27 yaşlı vinger komandasının 1-ci və 3-cü qollarının müəllifi olub.

Qrupda ilk qələbəsini qazanan Sen-Marten yığması 4 komanda arasında sonuncu pillədə qərarlaşıb.


Seçilən
4
3
sportnet.az

4Mənbələr