AZ

Zelenski Co Baydeni ad günü münasibətilə təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydeni ad günü münasibətilə təbrik edib və ona qələbə arzulayıb.Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə görüşü zamanı bildirib.“Prezidentə ad günü münasibətilə ən xoş arzuları çatdırın. Biz ona qələbə arzulayırıq və o, harda olacağına özü qərar verəcək”, – deyə Zelenski vurğulayıb.O qeyd edib ki, Ukrayna hakimiyyəti Baydenə çox minnətdardır. Zelenski həmçinin əlavə edib ki, Ukrayna rəhbərliyi ABŞ-nin davamlı dəstəyinə ümid edir.Qeyd edək ki, bu gün Co Baydenin 81 yaşı tamam olur.Gununsesi.info

Seçilən
91
50
gununsesi.info

10Mənbələr