AZ

Balotellinin yeni komandası bəlli oldu

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirəcək.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu A Seriyasında çıxış edən “Cenoa” klubu ilə anlaşıb.

Yeni komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayacaq forvardın məvacibi 250-300 min avro olacaq.

Qeyd edək ki, Mario Balotelli son olaraq Türkiyədə “Adana Dəmirspor”un formasını geyinib.

Seçilən
9
6
bakivaxti.az

6Mənbələr