Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb - Vətən Naminə
">VETENNAMİNE.AZ saytının Şabran rayonu üzrə müxbiri xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində Xaçmaz rayon sakini – 1994-cü il təvəllüdlü Qəribov Hüseynağa İsa oğlunu yolu keçərkən avtomobil vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Günay Atayeva
Vətən Naminə Mətbuat Xidməti