AZ

Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb - Vətən Naminə

">

VETENNAMİNE.AZ saytının Şabran rayonu üzrə müxbiri xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində Xaçmaz rayon sakini – 1994-cü il təvəllüdlü Qəribov Hüseynağa İsa oğlunu yolu keçərkən avtomobil vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Günay Atayeva

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
409
3
vetennamine.az

6Mənbələr